Elmi seminar: Liseylərdə fizika təlimi konsepsiyası və qiymətləndirmə modelləri

Elmi seminar: Liseylərdə fizika təlimi konsepsiyası və qiymətləndirmə modelləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində keçirilən elmi seminarda Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov məruzə ilə çıxış edib.
Qalib Şərifov “Liseylərdə fizika təlimi konsepsiyası və qiymətləndirmə modelləri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi liseylərdə fizika təliminin yenilənməsi və təkmilləşdirilməsi, Avropada və İngiltərədə “Blum” taksonomiyaları əsasında hazırlanan yeni qiymətləndirmə modeli əsasında şagirdlərin bilik və bacarıqlarının yoxlanılması, qiymətləndirmə modelinin mövcud kurikulum standartları ilə müqayisəli təhlili haqqında məlumat verib.
Daha sonra qiymətləndirmə modeli ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər