AzMİU-nun Fizika və kimya kafedrasında epoksid qatranları ilə bağlı tədqiqat aparılır

AzMİU-nun Fizika və kimya kafedrasında epoksid qatranları ilə bağlı tədqiqat aparılır Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin Fizika və kimya kafedrasında elmi seminar keçirilib. Seminarda universitetin Elmi-tədqiqat şöbəsinin və Nəqliyyat fakültəsinin əməkdaşları da iştirak ediblər.
Seminarda kafedranın dosenti Nəbi Babayev “Epoksid birləşmələri və epoksid qatranları” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, sənayenin müxtəlif sahələrində ən çox epoksid qatranlarından istifadə olunur. Epoksid polimerləri əsasında hazırlanan materiallar betona, metallar və plastik kütlələrə qarşı yüksək adgeziyaya malikdir. Onlar həm də yüksək elektroizolyasiya xassələri ilə səciyyələnir. Epoksid polimerlərindən, həmçinin yapışqan kompozisiyaları, emallar, polimerbeton və s. hazırlanır. Sintetik liflər və epoksid polimerləri əsasında karboplastik adlanan kompozid hazırlanır ki, ondan da avtomobil, aviasiya sənayesində istifadə edilir. Eyni zamanda, bu maddədən güllə keçirməyən jiletlər hazırlanır.
Universitetin Fizika və kimya kafedrasında yeni sinif epoksid birləşmələri ilə bağlı elmi işlər uğurla davam etdirilir.

Tehsil-press.az


Oxşar xəbərlər