Çin paytaxtının meteorologiya xidmətləri yanvarın 25-də 1978-ci ildən bu yana ən güclü şaxtaları qeydə alıb.
Son günlər Pekində şaxtalı hava şəraiti hökm sürür. Bu gün səhər saatlarında termometrlər mənfi 16,7 dərəcəni göstərib.
Bir müddət öncə ölkənin şimal-şərqində yerləşən Heyluntszyan əyalətinin Mohe şəhərində temperatur mənfi 53 dərəcəyə enib. Bu isə son 54 ilin rekord göstəricisidir. Belə ki, 1969-cu ildə havanın temperaturu mənfi 52,3 dərəcəyə düşmüşdü.
Tehsil-press.az