Yanvarın 31-də Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qonaqları salamlayaraq, Azərbaycanla Türkiyə arasında olan qardaşlıq münasibətlərindən danışıb, qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini deyib. Ölkələrimiz arasında həyatın bütün sahələrində yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən komitə sədri dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlərin xüsusi rolunu vurğulayıb, hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları arasında əlaqələrin inkişafından danışıb.
B.Əliyev həm Azərbaycanda, həm də Türkiyədə dövlət tərəfindən təhsilə olan diqqət və qayğının təqdirəlayiq olduğunu söyləyib. O, elm, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib, ölkələrimiz arasında müəllim və tələbə mübadiləsi ilə bağlı tətbiq edilən proqramların önəmli olduğunu deyib. Təhsilin müxtəlif pillələrində həyata keçirilən birgə layihələrin əhəmiyyətindən danışan komitə sədri elm və təhsil sahəsində beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın zəruriliyini bildirib.
Səmimi görüş üçün təşəkkürünü ifadə edən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana səfər etməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, dost və qardaş dövlətlərimiz arasında münasibətlər möhkəm təməllərə əsaslanır. Ölkələrimiz arasında mövcud olan hərtərəfli əlaqələr davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir.
Bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin qeyd edildiyini xatırladan Şamil Ayrım Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.
TBMM-in Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Zəfərdən iftixar duyduqlarını diqqətə çatdırıb. Ş.Ayrım bu Qələbənin əldə edilməsində Prezident İlham Əliyevin göstərdiyi səylərin təqdirəlayiq olduğunu deyib. O, Türkiyə və Azərbaycanın sülh və əmin-amanlıq tərəfdarı olduğunu bildirib.
Türkiyə nümayəndə heyətinin üzvləri Orhan Erdem, Yaşar Karadağ, Tuba Durqut ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi, elm, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini açıqlayıblar.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Musa Qasımlı, Ceyhun Məmmədov, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Eldar Quliyev iki ölkə arasında dinamik inkişaf edən dostluq və əməkdaşlıq barədə öz fikirlərini bölüşüblər. Deputatlar xalqlarımız arasında qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu söyləyiblər, parlamentlərimiz arasında əməkdaşlığın getdikcə daha da möhkəmlənməsindən məmnunluqlarını bildiriblər.
Söhbət zamanı iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva, TBMM-in millət vəkilləri Yunus Kılıç, Tülay Kaynarca, Uğur Bayraktutan və digər rəsmi şəxslər iştirak ediblər.
Tehsil-press.az