İranın Həmədan şəhərində UNESKO-nun Dünya İrsi Siyahısına dair İpək Yolu transmilli seriya nominasiyası Əlaqələndirmə Komitəsinin 6-cı toplantısı keçirilib. Tədbirdə tarixi İpək Yolu üzərində yerləşən 14 ölkənin və UNESKO, İKOMOS kimi bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Toplantıda ölkəmizi ekspert qismində AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib.
Şahin Mustafayev məruzəsində Azərbaycanda İpək Yolu mövzusunda aparılan elmi tədqiqatlar, ölkəmizin UNESKO-nun İpək Yolu seriya nominasiyası layihəsində iştirak imkanları və beynəlxalq əməkdaşlıq perspektivləri barədə məlumat verib. Şahin Mustafayevin çıxışı toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru M.Rösslerə ünvanladığı 2019-cu il 18 sentyabr tarixli məktubuna əsasən Azərbaycanın rəsmi şəkildə İpək Yolu transmilli seriya nominasiyası Əlaqələndirmə Komitəsinə üzv olması açıqlanıb. Bu xəbər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Toplantının əsas məqsədi layihəyə üzv ölkələrdə İpək Yolu ilə bağlı tematik tədqiqatların genişləndirilməsi və təkmilləşdirilməsi məsələlərini müzakirə etməklə Dünya İrsi Siyahısına daxil olan abidələrin mövcud vəziyyətini gözdən keçirmək olub. Həmçinin üzv ölkələr tərəfindən bu sahədə İpək Yolu nominasiyalarının hazırlanmasında əldə edilən nailiyyətləri və rast gəlinən problemləri dəyərləndirmək idi.
Tehsil-press.az