ADU növbəti kitab və jurnal bazasını oxucularının istifadəsinə verib

ADU növbəti kitab və jurnal bazasını oxucularının istifadəsinə verib Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi növbəti tammətnli kitab və jurnal bazasını oxucularının istifadəsinə təqdim edib.
Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi bu akademik bazaya abunəliyi Azərbaycan Kitabxana və İnformasiya Konsorsiumu ilə olan əməkdaşlığı çərçivəsində əldə edib. Bu əməkdaşlıq çərçivəsində Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin 1303 adda elektron kitaba, eyni zamanda, təhsil, idarəetmə, liderlik, iqtisadiyyat, hüquq və s. sahələr üzrə 17 jurnala abunəliyi artıq istifadəyə verilib. Aparılmış danışıqlar əsasında bazadan 2 il müddətinə ödənişsiz istifadə olunacaq. Bazadan universitet daxilində ADU-nun internet şəbəkəsinə qoşulmuş bütün üzvləri istifadəçi adı və parol tələb olunmadan sərbəst istifadə edə bilərlər.
Bazanın istifadəsi ilə bağlı sualları [email protected] elektron ünvanına göndərmək olar.
"Edward Elgar Publishing" bazası innovasiya və texnologiya, biznes və menecment, iqtisadiyyat və maliyyə, həmçinin sosial elmlər sahəsində 7 min adda akademik kitab nəşr edən ən böyük müstəqil nəşriyyatlardan biridir. Baza, həmçinin 10 mindən çox başlıqdan ibarət, redaksiya heyətinin nəzarətindən keçmiş nüfuzlu və keyfiyyətli jurnal portfoliosuna sahibdir.

Tehsil-press.az

Oxşar xəbərlər