AzMİU-da sürüşmə hadisələrinin qiymətləndirilməsinə dair elmi seminar

AzMİU-da sürüşmə hadisələrinin qiymətləndirilməsinə dair elmi seminar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Geomatika kafedrasında “Geodezi ölçmələr vasitəsilə sürüşmə hadisələrinin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.
Kafedranın baş müəllimi Cavid Mehdiyev çıxışında sürüşmələrin proqnozlaşdırılması və tədqiqi üçün keyfiyyətcə yeni üsul və metodikaların işlənilməsindən, proqnozlaşdırılmanın metodoloji məsələlərindən danışıb.
Cavid Mehdiyev çıxışında zəlzələlər zamanı baş verən sürüşmələrdə yaranan yerdəyişmələrdən, Azərbaycan ərazisində sürüşmələr tərəfindən landşafta və ətraf mühitə yönəlmiş risklərin və təhlükələrin qiymətləndirilməsi, geodinamiki və geomorfoloji modellərin təkmilləşdirilməsi, sürüşmələrin analizi və proqramlaşdırılmasına da toxunub. Məruzəçi GPS ölçmələri və məsafədən zondlama üsullarının tətbiqi, ölçmə şəbəkələrinin yaradılması və sürüşmə nəticələrinin aradan qaldırılması ilə bağlı ən son elmi-texniki araşdırmalara və bu araşdırmaların tətbiqi məsələlərinə diqqət çəkib. Alim qeyd edib ki, sürüşmələr tərəfindən landşafta və ətraf mühitə yönəlmiş risklərin və təhlükələrin aradan qaldırılması aktual problemlərdən biridir.
Sonda məruzə ətrafında müzakirələr təşkil olunub. Kafedranın alimləri sürüşmələrin landşafta təsiri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Tehsil-press.az


Oxşar xəbərlər