Memarlıq və İnşaat Universitetində dərs prosesində müasir metod və üsullara dair müzakirələr aparılıb

Memarlıq və İnşaat Universitetində dərs prosesində müasir metod və üsullara dair müzakirələr aparılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyətə Nəzarət Mərkəzinin təşkilatçılığı ilə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində “Tədris prosesində müasir metodika və texnologiyaların tətbiqi” mövzusunda növbəti seminar keçirilib.
Seminarda müxtəlif fakültələrdən 50-dən artıq professor və müəllim, eləcə kafedra müdirləri iştirak ediblər.
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti Samirə Əkbərova “Tədris prosesində müasir metodika və texnologiyaların tətbiqi” mövzusunda geniş məruzə ilə çıxış edib. O, təqdimatında dərsin maraqlı, müasir tələblər səviyyəsində və keyfiyyətli təqdim olunması, tələbələr tərəfindən daha tez mənimsənilməsi üçün tətbiq etdiyi yeni metodikadan danışıb, öz təcrübəsini bölüşüb.
Təqdimatdan sonra seminar iştirakçıları mövzu ətrafında müzakirələr aparıb, öz fikirlərini bildiriblər və ortaya çıxan suallara aydınlıq gətiriblər.
Qeyd olunub ki, silsilə seminarların keçirilməsində məqsəd tədrisin keyfiyyətini artırmaq üçün dərs prosesində müasir metod və üsulların düzgün tətbiqi istiqamətində müəllimləri maarifləndirmək, tədrisin metodikasına yeni yanaşmalar, eyni zamanda, müəllimlər tərəfindən təcrübə mübadiləsinin təmin olunmasıdır.
Növbəti seminarların universitetin inşaat və nəqliyyat fakültələrində keçirilməsi nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər