AzMİU-da çoxmərtəbəli binaların tikintisi ilə bağlı seminar

AzMİU-da çoxmərtəbəli binaların tikintisi ilə bağlı seminar Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) İnşaat konstruksiyaları kafedrasının genişləndirilmiş tərkibdə seminarı keçirilib.
Seminarda İnşaat fakültəsinin, İnşaat konstruksiyaları kafedrasının professor-müəllim heyəti, doktorant və tələbələrlə yanaşı, respublikamızın tanınmış konstruktorları və istehsalatda çalışan mühəndislər də iştirak ediblər.
Seminarda kafedranın dosenti Hüseyn Xəlilov çoxmərtəbəli binaların layihələndirilməsinin bəzi problemləri haqqında məruzə edib.
Məruzəçi çıxışında çoxmərtəbəli binaların hesablanması zamanı yeraltı zirzəmilərin binanın ümumi mərtəbəliliyinə və həddi hündürlüyünə təsiri, diafraqmalarının kəsilən və kəsilməz olduğu halda karkasın qəbul etdiyi qüvvələrin hesablanması ilə bağlı ətraflı məlumat verib. Seminarda, həmçinin zəlzələ bölgələrində binaların layihələndirilməsində svaylardan istifadənin mənfi və müsbət cəhətləri, konstruktiv layihələndirmə ilə bağlı norma və qaydalarda olan mövcud problemlər və sair məsələlərə də toxunulub.
Məruzədən sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Tehsil-press.az




Oxşar xəbərlər