Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxanasının təşkilatçılığı ilə elmi seminar keçirilib.
Seminarda elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova, Memarlıq fakültəsinin əməkdaşları, magistrantlar və IV kurs tələbələri iştirak ediblər.
Memarlığın əsasları kafedrasının əməkdaşı memarlıq üzrə fəlsəfə doktoru Fidan Mustafayeva “Müasir şəhərsalma strukturunda rekreasiya zonalarının əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi iri şəhərlərdə rekreasiya zonaları, Azərbaycan və Qərbi Avropanın iri şəhərlərinin rekreasiya zonalarına dair geniş təhlil, rekreasiya zonalarının layihələndirilməsinə dair yeni konsepsiyalar və s. haqqında aktual məsələlərə toxunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzəçi tərəfindən seminar iştirakçılarının sualları cavablandırılıb.
Tehsil-press.az