Avropada yeni hərbi supergüc yaranır

Avropada yeni hərbi supergüc yaranır Avropada yeni hərbi supergüc yaranır.
Bu barədə Amerikanın “Politico” nəşri yazıb. Bununla bağlı “Politico” nəşri bildirir ki,Polşa tədricən Avropanın yeni “hərbi supergücü”nə çevrilməkdədir Nəşrin müəllifləri qeyd ediblər ki, indi “Brüsseldən Berlinə qədər” onlar Varşavanın Ukrayna raketlərinin onun ərazisinə düşməsindən sonra Moskvaya qarşı ehtiyatsızlıq edə biləcəyindən ehtiyat edirlər.
Nəşr vurğulayır ki, Polşa hazırda ordunu döyüş hazırlığı vəziyyətinə gətirib və hadisələrin inkişafını gözləyir. İndi onu Avropa İttifaqının ən yaxşısı adlandırmaq olar və gələcəkdə Varşava yalnız öz qoşunlarını inkişaf etdirəcək.
Xüsusilə, Polşa hakimiyyəti müdafiə xərclərini ÜDM-in 2,4%-dən 5%-ə qədər artırmağa başlayıb . Aİ və NATO-nun digər ölkələri öz qoşunlarına pul xərcləməkdə o qədər də aktiv deyillər. Buna misal olaraq, keçən il ÜDM-in 1,5%-ni müdafiəyə xərcləyən və hazırda NATO-nun 2%-lik hədəfini yerinə yetirib-yetirməyəcəyini müzakirə edən Almaniyanı göstərmək olar.
Hal-hazırda Varşavada artıq Berlindən daha çox tank və haubitsaya malikdir və 2035-ci ilə qədər ölkənin daha böyük hərbi qüvvəsi olacaq - Almaniyadakı hazırkı 170.000 əsgərlə müqayisədə 300.000-ə qədər. Eyni zamanda, Polşanın hərbi gücünün gələcəkdə Avropada siyasi təsirə çevrilib-çevrilməyəcəyi məlum deyil.
Hazırda Berlin Polşa dövlətini Almaniyanı Rusiyanın təsir zonalarından ayıran bufer kimi görərək Varşavanın müdafiəni gücləndirmək istəklərini dəstəkləyir. ABŞ-da bunu digər ölkələr kimi Almaniya hakimiyyətinin kənarda dayanmaq cəhdi kimi qiymətləndirirlər.

Tehsil-press.az


Oxşar xəbərlər