UNEC-də Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub

UNEC-də Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub.
Tədbirdə Xocalı hadisələri zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Aytac Əhmədzadə, Xocalı faciəsi zamanı yaxınlarını itirən Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Rəhim Ələkbərov tədbirdə çıxış edərək xalqımızın qan yaddaşı olan Xocalı faciəsindən, erməni vandallarının törətdikləri vəhşiliklərdən danışıblar.
Sonra tələbələr “Hər gecə Xocalıda” və “Xocalı” şeirlərini söyləyiblər.
Tədbirdə UNEC Dizayn Məktəbinin tələbələrinin Xocalı soyqırımına həsr etdikləri rəsm əsərləri təqdim olunub. Xocalı soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.

Tehsil-press.az



Oxşar xəbərlər