AzTU-da Xocalı soyqırımına həsr olunan elmi seminar

AzTU-da Xocalı soyqırımına həsr olunan elmi seminar Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar elmi seminar keçirilib.
Tədbirdə çıxış edən Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Xocalı soyqırımının ermənilərin bəşəriyyətə, insanlığa qarşı törətdiyi ən dəhşətli cinayət hadisəsi olduğunu deyib. Qeyd edib ki, əsrlər boyu ermənilərin xalqımızın başına gətirdiyi faciələri, Azərbaycan torpaqlarına yönələn çirkin niyyətlərini, təcavüzkar əməllərini unutmamalıyıq.
Daha sonra Humanitar fənlər kafedrasının professoru Əyyub Kərimov bu dəhşətli faciənin baş verməsinin səbəblərini tarixi faktlarla açıqlayıb. Qeyd edib ki, ermənilər öz mənfur və təhlükəli siyasətlərini gerçəkləşdirmək üçün müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə ediblər. Bu baxımdan xalq olaraq həmişə ayıq-sayıq olmalı, tariximizi dərindən öyrənməli, elmi biliklərə mükəmməl şəkildə yiyələnməli, milli-mənəvi dəyərlərimizə böyük hörmət və ehtiram göstərməliyik.
Sonda tələbələr Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş etdiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər