Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq soyqırımı törətdiyini deyib. Bildirilib ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında dövlət strukturları ilə yanaşı, ictimai birliklər, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayır.
Rektor Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətindən danışıb.
Sonra Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Həvva Məmmədova, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ziya Əliyev, Xocalı sakinləri Samirə Hüseynova, Aygün Həsənova çıxış ediblər. Çıxış edənlər Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıblar.
Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Vətən müharibəsində Böyük Zəfər qazandı, torpaqlarımız işğaldan azad olundu, indi həmin ərazilərimizdə geniş quruculuq tədbirləri görülür. Biz Qələbəmizlə qürur duyuruq.
Tehsil-press.az