Xocalı faciəsi bəşəriyyət üçün böyük fəlakət idi.
Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları idarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Şeyx bildirib ki, dünya ictimaiyyəti anlamalıdır ki, erməni faşistlərinin bir gecədə 600-dən artıq dinc sakini qətlə yetirməsini heç vaxt yaddan çıxarmayacağıq.
"Dinindən asılı olmayaraq biz bu gün başqa dinin nümayəndələri ilə bu günü yad edirik. Biz birlikdə bir daha dünya ictimaiyyətinə müraciət edirik ki, Xocalı soyqırımı bir daha təkrar olmasın. İnanıram ki, dünya ictimaiyyəti bundan dərs götürəcək".
Qeyd edək ki, 1992-ci ilin fevralın 26-da tördilən Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1275 nəfər girov götürülüb. Qətlə yetirilənlərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olub. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülənlərdən 155-nin taleyi hələ də məlum deyil.
Tehsil-press.az