Xocalı soyqırımı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən ilk soyqırım deyil. Azərbaycanlılar 200 ildir ki, qətliama məruzdurlar.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.
Onun sözlərinə görə, azərbaycanlılara qarşı soyqırımlar 1905, 1918, 1992-ci illərdə törədilib. Bunların hamısının çox vəhşi qətliamlar olduğunu deyən Ş.Ayrım bildirib ki, ermənilər hamilə qadınların qarnını deşib, uşaqların dərilərini soyub, gözlərini çıxarıblar.
TBMM üzvü qeyd edib ki, azərbaycanlılara qarşı törədilən soyqırım məsələsi dünya ictimaiyyətinə daha yaxşı izah edilməlidir:
"Qarşımızda bir vandal irq var. Bu baxımdan bizim məsələləri dünya ictimaiyyətinə çox yaxşı izah etməyimiz lazımdır. Təəssüf ki, biz bu məsələdə ermənilərdən geridəyik. Onlar diaspora fəaliyyətinə bizdən çox əvvəl başlayıblar".
Ş.Ayrımın sözlərinə görə, Türkiyə bir neçə ildir ki, Heydər Əliyev Fondunun həyata keçirməyə başladığı "Xocalıya ədalət" kampaniyasında iştirak edir:
"Bizim də Böyük Millət Məclisində bu məsələ ilə bağlı çalışmalarımız olacaq. Türkiyədəki bütün vətəndaş cəmiyyəti təşkilatları Xocalı faciəsi ilə əlaqədar tədbirlər keçirirlər. Universitetlər bu məsələyə daha həssas yanaşırlar. Bu il "Xocalı soyqırımı hadisəsi daha çox səs gətirməlidir", - deyə düşünürük. Soyqırımla bağlı Türkiyə və Azərbaycanın ortaq hədəfi Ermənistandır".
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.
Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər "soyqırımı" anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.
Tehsil-press.az