UNEC tələbələri təhsillərini Rusiyanın Ural Dövlət İqtisad Universitetində davam etdirəcəklər

UNEC tələbələri təhsillərini Rusiyanın Ural Dövlət İqtisad Universitetində davam etdirəcəklər Rusiyanın Ural Dövlət İqtisad Universitetinin “Non-Erasmus” mübadilə proqramına qəbul elan olunur. Proqram çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri 2022-2023-cü tədris ilinin payız semestrində təhsillərini xaricdə davam etdirəcəklər.
Proqramın şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı və onlar gedəcək ölkədə tədris dilini sərbəst bilməlidirlər.
Müraciətlər mayın 15-dək qəbul olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər