Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) keçirilən seminarda Özbəkistan Beynəlxalq İslam Akademiyasının müəllimi professor Mokhira Abdullayevanın məruzəsi dinlənilib.
Ali təhsil müəssisəsinin tələbə və müəllimlərinin iştirak etdikləri tədbirdə professor M.Abdullayeva Özbəkistan Respublikasında İslam dininə aid veb-saytların təsnifatından bəhs edib.
Məruzəçi qloballaşan dünyada ölkənin təhlükəsizliyinin qorunmasında, milli maraqların təmin olunmasında medianın rolundan, onun cəmiyyətə təsirlərindən danışıb.
Sonra M.Abdullayeva ölkədə olan dini tədqiqat mərkəzləri, nəşriyyatlar, institutlar, akademiyalar və məscidlərin veb-saytları haqqında söhbət açıb.
Tədbir müzakirələrlə davam edib.
Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin dünya miqyasında tanınmasına nail olmaqdır. Bu istiqamətdə institut ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq müqaviləsi çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.
Tehsil-press.az