Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov Türkiyənin Mərmərə Universiteti İlahiyyat fakültəsinin dekanı professor İsmail Safa Üstün ilə görüşüb.
Görüşdə Aİİ-nin İlahiyyat fakültəsi ilə Mərmərə Universiteti İlahiyyat fakültəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. İki ali təhsil müəssisəsi arasında faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqatların aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilib.
Eyni zamanda, birgə konfrans və seminarların, tədris prosesinin təşkili, tələbə mübadiləsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa daim xüsusi önəm verir.
Tehsil-press.az