ADNSU-nun tələbələri Yüksək Texnologiyalar Parkında istehsalat təcrübəsinə başlayıblar

ADNSU-nun tələbələri Yüksək Texnologiyalar Parkında istehsalat təcrübəsinə başlayıblar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının tələbələri Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) elm və istehsalat təcrübəsinə başlayıblar.
Tələbələr YTP, onun rezidenti Təcrübə-Sənaye Zavodu, eləcə də digər rezidentlərin ərazisində müasir tələblərə cavab verən iş şəraiti, yaradılmış maddi-texniki baza, Strateji Elmi Analitik Mərkəzdə həyata keçirilən layihələr ilə yaxından tanış olublar. Onlar, həmçinin texnoparkın rezidentlərinin istehsal sahəsində qurğu və avadanlıqların işləmə prinsipləri barədə məlumatlandırılıb, texnoloji məhsulların istehsal prosesini izləyiblər.
Qeyd edək ki, təcrübə müddətində seçilmiş tələbələrin texnoparkda işlə təmin olunması nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər