ADNSU Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığı genişləndirir

ADNSU Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlığı genişləndirir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri professor Fariz Əmirov və həmin kafedranın əməkdaşları Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında olublar.
Görüş zamanı tələbələrin istehsalat və günlük təcrübələrinin təşkili, buraxılış işlərinin mövzuları və elmi işlərin aparılması, işlə təmin olunması imkanları ilə bağlı məsələlər müzakirə edilib.
Sonra ADNSU-nun əməkdaşları Yüksək Texnologiyalar Parkının müasir tələblərə cavab verən iş şəraiti, maddi-texniki bazası ilə yaxından tanış olublar. Onlara parkın ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş Strateji Elmi Analitik Mərkəzində reallaşdırılan layihələr barədə məlumat verilib.
Eyni zamanda, universitet əməkdaşları Elm və Təhsil Nazirliyi Təcrübə-Sənaye Zavodunun istehsalat sahəsində və “İntertek-Azeri LTD” MMC-nin bütün növ neft məhsullarının analiz laboratoriyasında görülən işlərlə maraqlanıblar.

Tehsil-press.az

Oxşar xəbərlər