ADNSU-nun tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayır

ADNSU-nun tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayır Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Kimya texnologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə bir qrup IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun laboratoriyalarında üç ay ərzində istehsalat təcrübəsi keçəcəklər.
Təcrübə keçəcək tələbələrlə institutda görüş olub. Görüşdə Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, dosent Əfsun Sucayev çıxış edib. O, institutun elmi fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Qeyd edilib ki, tələbələr ayrı-ayrı qrup şəklində təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri izləyəcəklər.
Tələbələr həm də zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və elmi tədqiqatın nəticələri ilə bağlı seminar məruzələrini dinləyəcəklər.
Sonda fəal tələbələrə diplom və sertifikatlar təqdim olunacaq.

Tehsil-press.az



Oxşar xəbərlər