IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru, “Bakı-2017”nin könüllülər üzrə səfiri Elçin Səfərov UNEC könüllüləri ilə görüşüb.
UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova ölkəmizdə keçirilən Avropa Oyunları və Formula-1 yarışlarında UNEC könüllülərinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, könüllülərimiz ünsiyyət qurma, yardımçı olma və qonaq qəbul etmə işlərində geniş təcrübə toplayıblar.
S.Qəndilova UNEC könüllülərinin bu nüfuzlu tədbirlərdə fəal iştiraka və əldə edilən sertifikat sayına görə ölkə universitetləri arasında birinci yerdə olduqlarını bildirib. Qazanılan təcrübənin IV İslam Həmrəylik Oyunlarında da tətbiq ediləcək, birinciliyi qoruyub saxlamağa imkan verəcəyinə əminlik ifadə edib.
IV İslam Həmrəylik Oyunları barədə, onun əhəmiyyəti haqqında danışan Əməliyyat Komitəsinin icraçı direktoru Elçin Səfərov çıxışında oyunlar zamanı könüllülərin fəaliyyətinə xüsusi diqqət çəkib, onlar üçün bütün lazımi şəraitin yaradılacağını bildirib. Qeyd edib ki, tədbirin yüksək səviyyədə təşkil edilməsi hər birimizin borcudur. IV İslam Həmrəylik Oyunları həm də bir xalq olaraq qonaqpərvərliyimizi nümayiş etdirməyə və inkişafda olan ölkəmiz haqqında məlumatı əyani olaraq göstərəkmək imkanı verir, deyə bildirib.
Sonda UNEC könüllülərinin suaları cavablandırılıb.

UNEC-in Mətbuat Xidməti