Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi “Novruz mühazirələri”nə start verilib.
"Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti" mövzusunda ilk mühazirə professor Ədalət Tahirzadənin təqdimatında keçirilib.
Ustad dərsində giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov ictimai mühazirələrin əhəmiyyətindən danışıb. O, professor Ə.Tahirzadənin Azərbaycan təhsil tarixinin araşdırılmasındakı xidmətlərindən söz açıb.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, 2016-cı ildən icra olunan layihə müxtəlif regionlarda, ali təhsil müəssisələrində ictimai mühazirələrin təşkili yolu ilə populyar elmi diskussiya mühiti yaratmaq məqsədi ilə keçirilir.
Daha sonra çıxış edən professor Ədalət Tahirzadə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli təhsil siyasəti və quruculuğu sahəsində fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib.
Mühazirə diskussiya şəklində davam edib.
Tehsil-press.az