Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” (PETRA) “Erasmus+” layihəsi çərçivəsində yaradılmış Təlim-Tədris və Resurs Mərkəzinin açılışı olub.
Açılışda Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov, Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva və ADPU-nun rəhbərliyi iştirak edib.
Giriş sözü ilə çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov mərkəz haqqında məlumat verib və bu qurumun fəaliyyətinə uğurlar arzulayıb.
Digər çıxış edənlər də Azərbaycan universitetlərinin beynəlxalq layihələrdə uğurlu iştirakından, layihələrin əhəmiyyətindən və əldə olunan nailiyyətlərdən danışıb, Avropa təcrübəsinin ölkəmizə gətirilməsinin ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə müsbət təsiri olduğunu deyiblər.
Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə ADPU-da texnologiya dəstəkli təhsil mühitinin yaradılmasına şərait yaratmaqda mərkəzin fəaliyyətinin böyük rol oynayacağını qeyd edib.

ADPU-nun Mətbuat Xidməti