Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) gənc əməkdaşları “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) olublar.
İlkin olaraq Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov və ƏYPİM-in əməkdaşları ekskursiya iştirakçılarına peyk məlumatlarından istifadə edilməsi haqqında ümumi məlumat veriblər. ƏYPİM-in aparıcı mütəxəssisləri peyklər, peyk idarəetməsi, məsafədən müşahidənin əsasları və peyk təsvirlərinin tətbiq sahələri haqqında təqdimatlarla çıxış ediblər. Həmçinin iştirakçılara “Azərkosmos” tərəfindən ölkə ərazisində həyata keçirilən ekologiya, fövqəladə hallar, xəritəçəkmə, şəhərsalma və digər layihələr haqqında ətraflı məlumat verilib.
Tədbirdə tərəflər arasında bağlanmış memoranduma əsasən GGİ-nun əməkdaşları ilə gələcəkdə aparılacaq təlimlər haqqında danışılıb. Eyni zamanda, faydalı qazıntı yataqlarının tapılması məqsədilə məsafədən müşahidə texnologiyalarını tətbiq etməklə birgə tədqiqatın həyata keçirilməsi, peyk təsvirləri və sürüşmələr, geologiya və geofizika sahəsində tətbiq imkanlarının genişləndirilməsi ilə bağlı təlim layihələrindən söhbət açılıb.
Tehsil-press.az