Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərkosmos” ASC və Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “CanSat Azərbaycan 2023” model peyk müsabiqəsi ilə bağlı tələbələr məlumatlandırılıblar.
Universitetdə “Azərkosmos”da layihələrin idarə edilməsi üzrə menecer Nigar Əliyeva təmsil etdiyi qurumun fəaliyyəti və “CanSat” model peyk müsabiqəsi haqqında təqdimatla çıxış edib. N.Əliyeva kosmosun vacibliyi, Azərbaycanda milli kosmik sənayesinin tarixi, yerüstü peyk idarəetmə mərkəzləri və onların fəaliyyəti, həmçinin “CanSat” layihəsinin məqsədi barədə tələbələrə ətraflı məlumat verib.
Müsabiqə şərtləri və qaydalarından bəhs edən N.Əliyeva deyib ki, müsabiqədə əsas hədəf komandalar tərəfindən kiçik peyk modelinin hazırlanmasıdır. O bildirib ki, model peyk raketqaldırıcı ilə müəyyən edilmiş hündürlükdən yerə enərkən və eniş fazasından sonrakı müddətdə təyin olunmuş missiyanı yerinə yetirməlidir.
“CanSat Azərbaycan 2023” müsabiqəsinin məqsədi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılmasına, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdırılmasına və yerli kadrların yetişdirilməsinə yönəlib. Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqların elektronika, mexanika və proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri biliklərin əldə olunub təcrübədə tətbiqi və təkmilləşdirilməsinə şərait yaradılacaq.
Müsabiqəyə qeydiyyat dekabrın 28-də başa çatacaq. Qaliblərə pul mükafatları veriləcək, onlara “Azərkosmos”da təcrübə əldə etmək imkanı yaradılacaq.
Tehsil-press.az