Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin Coğrafiya Klubunun təşkilatçılığı ilə “Azərkosmos” ASC-nin fəaliyyətinə dair vebinar keçirilib.
Vebinarda “Azərkosmos” ASC-nin aparıcı peyk operatoru Alina Ömərova təqdimatla çıxış edib. O, həmçinin “Azerspace” və “Azersky” milli peykləri haqqında məlumat verib və “Azərkosmos”un fəaliyyətində gənc mütəxəssislərə önəm verildiyini qeyd edib.
Sonra universitetin Tarix və coğrafiya fakültəsinin dekan müavini, dosent Mətanət Əsgərova və “Azərkosmos” ASC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Fidan Behbudova tələbələrin layihələrə qoşula bilməsi üçün müəyyən davamlı vebinarların təşkili barədə təklif veriblər. Qeyd olunub ki, vebinarlar universitetin bakalavriat səviyyəsində coğrafiya ixtisası üzrə təhsil alan tələbələrin geoinformatika və məkan məlumatlarının təhlili fənlərinin tədrisinə kömək edəcək.
Tədbirdə universitetlə “Azərkosmos” ASC arasında əlaqələrin genişləndirilməsi, müvafiq ixtisaslarda təhsil alan tələbələrin peyk texnologiyaları ilə bağlı praktik maarifləndirilməsi, tələbələrlə mütəmadi seminarların aparılması məqsədilə qurumlar arasında əməkdaşlıq müqaviləsinin bağlanması təklifi irəli sürülüb.
Tehsil-press.az