Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Heydər Əliyev və Qərbi Azərbaycan İcması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov ermənilərin Azərbaycanın tarixi torpaqlarında deportasiya siyasəti və terror aktlarının tarixindən danışıb.
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli icmanın fəaliyyəti, gələcək planları barədə məlumat verib. Qeyd edilib ki, Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın faciəsinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi qiymət verilib. O, 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb. Bu Fərmanla Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə və soyqırımı siyasətinin mürtəce mahiyyəti dünyaya çatdırılıb. Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu bəyan edib.
İcma sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlərin qarşıya böyük hədəflər qoyduğunu vurğulayıb: “Artıq bu hədəflər uğrunda mübarizə başlayıb. Son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın milli hüquqları pozulub. Bütün bunlar Çar Rusiyasının Qafqazı işğalı və ermənilərin bu regiona köçürülməsi ilə başlayıb. Bununla da soydaşlarımız etnik təmizləmələrə məruz qalıblar”.
İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaçılıq kafedrasının müdiri Elçin Əhmədov, Tarix fakültəsinin I kurs magistrantı Nigar Abbasova çıxışlarında Qərbi Azərbaycanda toponimlərin, tarixi abidələrin ermənilər tərəfindən saxtalaşdırılmasından bəhs edib, Qayıdış Konsepsiyasında nəzərdə tutulan müddəaların yerinə yetirilməsi ilə bağlı təkliflərini bildiriblər.
Tehsil-press.az