Ali təhsil müəssisələrinin tələbələri Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda istehsalat təcrübəsi keçirlər.
Bakı Dövlət Universitetinin 55 tələbəsi istehsalat təcrübəsi keçmək üçün Coğrafiya İnstitutuna gəlib.
Məqsəd təhsil müəssisəsində tələbələrin əldə etdikləri biliklərin təcrübi olaraq təkmilləşdirilməsi, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılmasıdır.
Tələbələrin coğrafiyaçı alimlərlə görüşündə Təhsil şöbəsinin müdiri Müseyib Yunusov təcrübənin proqramı, görüləcək işlər barədə məlumat verib, onlara uğurlar arzulayıb.
İnstitutun elmi katibi coğrafiya üzrə fəlsəfə doktoru Zərnurə Həmidova Coğrafiya İnstitutunun yaranma tarixi, elmi-tədqiqat sahələri, korifey alimləri, coğrafi problemlər, elmi nailiyyətlər və s. əhatə edən geniş təqdimatla çıxış edib.
Sonra coğrafiya elmləri doktoru Sitarə Tarixazər təbii risklər, sürüşmələr, sel hadisələri, onların qarşısını alma üsulları və s. haqqında tələbələri məlumatlandırıb.
Təcrübə aprelin 25-dək davam edəcək.
Tehsil-press.az