Coğrafiyaçı alimlər şagirdlərin hesabat iclasında iştirak ediblər

Coğrafiyaçı alimlər şagirdlərin hesabat iclasında iştirak ediblər Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov Bakının Yeni Suraxanı qəsəbəsinin 101 nömrəli tam orta məktəbində yaradılan “Kiçik Akademiya”nın hesabat iclasında iştirak ediblər.
Z.Eminov tədbir iştirakçılarına institutun fəaliyyəti, tədqiqat sahələri, tanınmış alimləri, əhəmiyyətli nəşrləri, coğrafi problemlər və s. haqqında məlumat verib. O bildirib ki, alimlərlə şagird və müəllim kollektivlərinin görüşləri ənənə halını alıb və belə tədbirlər yeniyetmələrdə elmə marağı artırır, onların gələcəkdə peşə seçimində əhəmiyyətli rol oynayır.
Sonra “Kiçik Akademiya”nın istedadlı şagirdləri “Bacarıq ağlın nişanəsidir” adlı proqramla çıxış ediblər. Şagirdlər “Ekoloji təmiz cərəyan”, “Azərbaycanda alternativ enerji mənbələrindən istifadə”, “Sintetik yuyucu vasitələrin ekologiyaya və insan orqanizminə təsiri” mövzularında təqdimatlar ediblər.
Sonda “Kiçik Akademiya”nın tədbirdə fəal iştirak edən şagirdlərinə təşəkkürnamələr verilib.

Tehsil-press.az



Oxşar xəbərlər