Bəzi elm adamları xüsusi dronlar düzəltmək üçün quş hissələrini və əsasən onların qanadlarını süni dron mexanizmləri ilə birləşdirərək quşların bəzi ümumi görünüşü və hərəkətlərinə daha çox bənzədirlər. Onlar əsl qırqovul kimi görünən quşa bənzər dronlardan istifadə edərək uçuş sınaqları belə keçirdilər. Elm adamları ölü quşların cəsədlərindən istifadə edərək hazırladıqları dronların bir gün vəhşi təbiətdə casusluq etmək üçün istifadə oluna biləcəyini deyirlər. Bu yaxınlarda Amerika Aeronavtika və Astronavtika İnstitutunun SciTech 2023 Forumunda təqdim edilən tədqiqatda ölü quşların daxilinə dronlar daxil edərək hərbi məqsədlər üçün insan nəzarətini təmin edə biliblər. Qanad çırpan dronlar, quşun uçuş prosesindən ilhamlanır və hərəkət üçün pərvanə edərək mexaniki hissələrlə hərəkətə gətirilir. Forumunda o da bildirilib ki, süni materiallara güvənmək əvəzinə ölü quşları yenidən dizayn edərək dron hazırlamaq daha effektivdir. Tədqiqatçılar həmçinin yenidən işlənmiş modellərin aerodinamik çırpma xüsusiyyətlərini yoxlamaq üçün üçölçülü çırpma və aerodinamik simulyatorlardan istifadə ediblər. Qanad çırpma mexanizmlərinin həyata keçirilməsinə və çırpınan dronun aerodinamikasının sınaqdan keçirilməsinə çox yaxşı imkan yaranıb. Bununla belə, alimlər müəyyən ediblər ki, bu şəkildə yaradılmış modellər ən effektiv uçucu deyil. Qanad çırpan dronlar təbiəti narahat etməsə də, tədqiqatçılar deyirlər ki, belə bir dron hazırlamaq çətin də olsa da, tədqiqat məqsədləri üçün çox praktikdir. Alimlər deyirlər ki, yeni tapıntılar həm də mövcud qanadlanan dronların daha təbii görünməsinə kömək edə bilər. Nəticələrə görə, onlar həmçinin müəyyən ediblər ki, belə dronlarda istifadə olunan dişli hissələrinin bir hissəsinin dəyişdirilməsi səs-küyün azalmasına və uzunömürlülüyün artmasına səbəb ola bilər. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, belə dronlar üçün əyilə bilən biləklərin yaradılması qanadların uçuş zamanı daha çevik olmasına kömək edəcək. Dron uçuş simulyasiyalarını birlikdə araşdıran elm adamları, pilotsuz təyyarələrə fərqli uçuş variantlarının əlavə edilə biləcəyini, bunun daha asan istifadəçi təcrübəsini təmin edə biləcəyini və eyni zamanda daha təbii bir uçuşun inkişafına kömək edə biləcəyini söyləyiblər. Alimlər araşdırmada əlavə ediblər ki, son təkmilləşdirmə ayaqları əlavə etmək olacaq ki, dron çox batareya istifadə etmədən oturub müşahidə edə bilsin.
Tehsil-press.az
Tehsil-press.az