Naməlum şəxs altı nəfəri bıçaqlayıb

Naməlum şəxs altı nəfəri bıçaqlayıb İtaliyanın Milan şəhərinin mərkəzi qatar stansiyası yaxınlığında bıçaqla silahlanmış naməlum şəxsin hücumu nəticəsində altı nəfər xəsarət alıb.
Hadisə nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Bıçaqlı hücumu həyata keçirən şəxsin əcnəbi vətəndaş olduğu, silsilə oğurluğa cəhd etdiyi və hadisədən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
İtaliyanın Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini hadisə ilə bağlı açıqlamasında bəzi vətəndaşların qəhrəmancasına müdaxiləsi sayəsində daha böyük faciənin qarşısının alındığını qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər