
Dövlət Dilinin Tədrisi və İnkişafı Mərkəzinin direktoru İnamjan Əzimov tədbiri giriş sözü ilə açaraq dil siyasəti və mədəni əlaqələr sahəsində Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın intensivləşməsindən və bu istiqamətdə görülən işlərdən danışıb.
Sonra dosent E.İbrahimovun əlifbamızın tarixi və Azərbaycanda həyata keçirilən uğurlu dil siyasəti, bu siyasətin nəticəsində dil və əlifba ilə bağlı bir çox problemlərin vaxtında həll edilməsi barədə geniş mühazirəsi dinlənilib. Türk dünyasında əlifba dəyişikliklərinin ortaya çıxardığı problemləri şərh edən alim müstəqillik dövründə Azərbaycanda həyata keçirilən dil və əlifba siyasətinin digər müstəqil türk respublikaları üçün nümunə olduğunu vurğulayıb. O, müəllim və tələbələrin suallarını cavablandırıb.
Tehsil-press.az