Özbəkistan Respublikası Mədəniyyət və Sənət Universitetinin Elmi Araşdırmalar Departamentinin müdiri professor Marufcan Yoldaşev Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
M.Yoldaşevin universitetin rektoru akademik Kamal Abdulla ilə görüşündə gələcəkdə Özbəkistan Mədəniyyət və Sənət Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında birgə layihələr həyata keçirmək haqqında danışıqlar aparılıb.
Daha sonra ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə “Özbəkcə-Azərbaycanca frazeologizmlər lüğəti”nin təqdimat və müzakirəsi keçirilib. Lüğət Türkiyə Araşdırmaları Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimovun və M.Yoldaşevin həmmüəllifliyi ilə çap olunub.
Tədbirdə çıxış edən E.İbrahimov bildirib ki, belə lüğətlərin hazırlanması türk dünyasının dil birliyi baxımından olduqca zəruridir. Türk dünyasında dil birliyinin təmin olunmasının bir yolu da bu tipli ortaq lüğətlərin hazırlanmasıdır.
M.Yoldaşev lüğətin uğurlu olduğunu söyləyib. “Artıq sözlüyün bütün türk dillərini, hətta türk topluluqlarını əhatə edəcək (7 türk dilində) genişləndirilmiş versiyasını çapa hazırlayırıq. Belə çalışmalarımız, layihələrimiz davamlı olacaq”, – deyə o bildirib.
Kitabın rəyçisi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova çıxışında 2322 frazeoligizmin yer aldığı lüğətin bu sahədə araşdırma aparan tədqiqatçılar üçün faydalı olacağını vurğulayıb.
Tehsil-press.az