Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Heydər Əliyev İli”nə həsr olunan Elm festivalı çərçivəsində Kitabxana İnformasiya Mərkəzi (KİM) tərəfindən “Universitet kitabxanalarının tədris və elmi-tədqiqat prosesində əhəmiyyəti: təhlil və qiymətləndirmə” mövzusunda tədbir keçirilib.
Tədbirdə KİM-in direktoru Adilə Abdullayeva universitet kitabxanalarının fəaliyyəti barədə məlumat verib. O, kitabxanada UNEC alimlərinin əsərlərinin xaricdə işıqlandırılması, həmin əsərlərin dünya kataloquna daxil edilməsi və dünya mədəni irsinin bir nümunəsi hesab olunması istiqamətində tədqiqatların aparıldığını diqqətə çatdırıb. Dünya kataloqunda Nizami Gəncəvi irsinin, Qarabağ mövzusunun araşdırıldığını, bu il isə Ulu Öndər Heydər Əliyev irsinin araşdırılacağını qeyd edib.
A.Abdullayeva KİM tərəfindən Elm festivalı çərçivəsində görülən işlərdən də danışıb. Yerli və xarici alimlərin dörd dildə kitablarından ibarət sərginin, eləcə də endirimli kitab-sərgi yarmarkasının təşkil edildiyini bildirib.
Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib.
Tehsil-press.az