Görüşdə birgə layihələrin perspektivlərindən danışılıb
Türkiyə Respublikasının Şimal-şərqi Anadolu İnkişaf Agentliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Qonaqlar universitetin kampusunu gəzərək, ali təhsil ocağın fakültələri ilə tanış olub. Sonra İnformasiya-Kommunikasiya texnologiyaları mərkəzinə gələrək burada fəaliyyət göstərən kamera nəzarət sistemi, server və texniki təminat otaqlarının işi ilə maraqlanıblar.
Universitetin Media mərkəzində olan qonaqlara mərkəzdə fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunun fəaliyyəti haqda məlumat verilib. Media mərkəzində olan qonaqlar universitet televiziyasında verilişlərin hazırlanması prosesini izləyib, televiziya üçün müsahibə veriblər.
Universitetin nəzdindəki Naxçıvan Atatürk Araşdırma Mərkəzini ziyarət edən qonaqlara bildirilib ki, mərkəzin əsas fəaliyyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatı və fəaliyyətini dərindən araşdırıb öyrənməkdən, türk dünyasının böyük öndərinin keçdiyi şərəfli yolun timsalında Azərbaycanın yeni nəslində müstəqillik, dövlətçilik, dünyəvilik, vətənpərvərlik kimi yüksək mənəvi dəyərləri tərbiyə etməkdən ibarətdir.
Görüşdə rektor təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hazırda ERASMUS+, Mövlana proqramı çərçivəsində Türkiyə Respublikasının universitetləri ilə qarşılıqlı tələbə-müəllim mobilliyi həyata keçirir.
Ərzurum valisi Okay Memiş səmimi qəbula görə təşəkkürünü bildirib. Türkiyə Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açan vali əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb.
Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı hər iki universitet arasında qarşlıqlı əlaqələrə toxunaraq birgə layihələrin gələcək perspektivlərindən danışıb.

GDU-nun Mətbuat Xidməti