Müəllim olmaq istəyən dörd məktəblinin təhsil haqqı ödənəcək

Müəllim olmaq istəyən dörd məktəblinin təhsil haqqı ödənəcək Təhsilalanlara dəstək təşəbbüsləri çərçivəsində “Unity company” tərəfindən bir neçə şagirdin təhsil xərclərinin qarşılanması həyata keçirilir.
Şirkət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı paytaxtdakı 3 məktəbdə müəllim olmaq istəyən abituriyentlərin təhsil ehtiyaclarını qarşılamağı öz üzərinə götürüb.
Bakı şəhəri 297 nömrəli tam orta məktəbin II sinif şagirdi Leyla Nəzərovaya, X sinif şagirdi Güləli Əlişanova, 298 nömrəli tam orta məktəbin X sinif şagirdi Nəzrin Musayevaya, 301 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nərgiz Əliyevaya “Unity company”nin təsisçisi Fikrət Əliyev tərəfindən dəstək verilməsi qərara alınıb. Əgər həmin şagirdlər ödənişli universitetlərə qəbul olarlarsa, onların təhsil xərcləri də “Unity company” tərəfindən qarşılanacaq.
Qeyd edək ki, əsas məqsəd müəllim olmaq istəyən şagirdlərə maddi-mənəvi dəstək göstərmək və təhsildə xeyriyyəçilik ənənələrini inkişaf etdirməkdən ibarətdir.
Şagirdlərin mütaliəyə marağının artırılması məqsədilə “Unity company” tərəfindən paytaxt məktəblərinə davamlı olaraq müxtəlif mövzularda kitablar hədiyyə edilir.

Tehsil-press.az

Oxşar xəbərlər