Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, BMT-nin ölkəmizdəki nümayəndəliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “AzMUN” proqramı çərçivəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında seminar və “Bootkamping” keçirilib.
Tədbirdə 4 Dayanıqlı İnkişaf Məqsədi - yoxsulluğa son, aclığa son, sağlamlıq və rifah, keyfiyyətli təhsil haqqında məlumatlandırma aparılıb.
Tədbirdə “Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması” layihəsinin mütəxəssisi Pərviz Əliyev, UNICEF-in nümayəndəsi Natiq Umarov, “AzMUN” proqramının rəhbəri Leyla Məmmədzadə iştirak ediblər.
Seminardan sonra tələbələrlə komanda işləri görülüb. Fəal tələbələrə sertifikat və hədiyyə verilib.
Tehsil-press.az