Bakı Slavyan Universitetində (BSU) “AzMUN - ölkəmizdə BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi” proqramı çərçivəsində məlumatlandırma sessiyası keçirilib.
Tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor Xanım Sultanova belə klubların yaradılmasının gənclərimizin potensialını üzə çıxarmaq baxımından çox əhəmiyyətli olduğunu deyib. O, BSU-da gənclər siyasəti istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının layihələr üzrə meneceri Leyla Hümbətzadə BMT Modeli klublarının simulyasiya oyunlarının tələbələrdə natiqlik qabiliyyətini inkişaf etdirdiyini vurğulayıb.
Tədbirdə Azərbaycanda BMT Modeli Hərəkatının fəaliyyətinə toxunulub, ali təhsil müəssisələrində BMT Modeli klublarının yaradılması, konfransların keçirilməsi və klublara üzv gənclərin şəbəkəsinin genişləndirilməsinin vacibliyi qeyd edilib. Həmçinin “AzMUN” proqramının gələcək fəaliyyət planı açıqlanıb.
Sonda “Nüvə silahlanmasının qarşısının alınması” mövzusunda qısa simulyasiya oyunu keçirilib. Simulyasiya zamanı gənclər müxtəlif ölkələrin nümayəndələri rolunda çıxış edərək, təmsil etdikləri ölkələrin sözügedən mövzu barədə mövqelərini bildiriblər.
Tehsil-press.az