Azərbaycan-Fransız Universitetinin nümayəndələri Yüksək Texnologiyalar Parkında

Azərbaycan-Fransız Universitetinin nümayəndələri Yüksək Texnologiyalar Parkında Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əskərov, UFAZ-ın baş katibi Elizaveta Bydanova və Strasburq Universitetinin vitse-prezidenti, UFAZ-ın elmi eksperti və koordinatoru, professor Jean-Marc Planeix ilə görüş keçirilib. Nümayəndə heyəti əvvəlcə YTP-nin rezident müəssisələri olan “İntertek Azəri LTD” MMC, Elm və Təhsil Nazirliyinin “Təcrübə Sənaye Zavodu” MMC-də sınaq və istehsal prosesləri ilə yaxından tanış olublar.
Daha sonra nümayəndə heyəti YTP-nin nəzdində fəaliyyət göstərən təcrübə-sınaq laboratoriyasında olublar. Qonaqlar laboratoriyanın avadanlıqları, onların təqdim etdiyi xidmətlər barədə məlumat alıblar.
Texnoparkın baş direktoru Vasif Abbasov YTP-nin yaranma tarixi, infrastrukturu, burada rezidentlər üçün yaradılan şərait, görülən işlər, həyata keçirilən və planlaşdırılan layihələr haqqında qonaqları məlumatlandırıb. Yüksək Texnologiyalar Parkının tədqiqatlara əsaslanan sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli bir platforma olduğunu qeyd edən V.Abbasov texnoparkın hazırda innovasiyayönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirdiyini diqqətə çatdırıb.
Nümayəndə heyəti YTP-də yaradılmış maddi-texniki şəraiti yüksək qiymətləndirib.

Tehsil-press.az

Oxşar xəbərlər