Polşa Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən 9 nəfəri saxladı

Polşa Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən 9 nəfəri saxladı Rusiyanın Polşadakı casusluq şəbəkəsinin üzvü olduğu iddia edilən 9 nəfər Ukraynaya silah daşımaq üçün istifadə edilən dəmir yolunu izləmək və təxribat aksiyaları hazırlamaq ittihamı ilə saxlanılıb.
Bu haqda Polşanın daxili işlər naziri Mariuş Kaminski açıqlama yayıb.
Şübhəlilərin Ukraynaya yardım aparan nəqliyyat vasitələrinə yerləşdirməyi planlaşdırdıqları kameralar, elektron cihazlar və GPS ötürücülərinin müsadirə edildiyini qeyd edən Kaminski istintaqın davam etdiyini bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər