İmtahana təsbeh, bıçaqla gələn abituriyentlər...

İmtahana təsbeh, bıçaqla gələn abituriyentlər... Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayan abituriyentlər olub.
Yoxlama prosesi zamanı bəzi abituriyentlərin üzərində kəsici-deşici vasitələr, müxtəlif elektron cihazlar və digər köməkçi vəsaitlər aşkar olunub.
8 nəfərdə mobil telefon tutulduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunacaq. Həmin abituriyentlər qəbul imtahanının ikinci mərhələsinə də buraxılmayacaq. Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.

Tehsil-press.az


Oxşar xəbərlər