UFAZ-da yerli müəllimlərin peşəkarlığının artırılması istiqamətində təşəbbüslər müzakirə edilib

UFAZ-da yerli müəllimlərin peşəkarlığının artırılması istiqamətində təşəbbüslər müzakirə edilib Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsil müəssisəsinin rəhbərliyi ilə pedaqoji kollektiv arasında görüş olub.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Görüşdə UFAZ-ın direktoru dosent Vazeh Əskərov universitetdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən layihələrdən danışıb. UFAZ-ın baş katibi Yelizaveta Bıdanova universiteti gözləyən yeni çağırışları diqqətə çatdırıb.
Yerli müəllimlərin peşəkarlığının artırılması istiqamətində təşəbbüslər müzakirə olunub.
Xatırladaq ki, bu il UFAZ-da ümumilikdə 685 tələbə təhsil alır. Universitetdə il ərzində 120 nəfərdən çox dəvət olunan professor və müəllim tədris prosesinə qoşulacaq.

Tehsil-press.az

Oxşar xəbərlər