ADA Universiteti Fondunun nümayəndələri UFAZ-da

ADA Universiteti Fondunun nümayəndələri UFAZ-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev və baş mühasib Qəşəm Nəcəfovla görüş olub.
Görüşdə UFAZ-ın baş katibi Elizaveta Bydanova, Tədqiqat departamentinin rəhbəri Philippe Turek, Təhsil departamentinin müdiri Lətifə Nəsibova və satınalmalar üzrə baş mütəxəssis Süleyman Balayev iştirak ediblər. Görüşdə bu ali məktəbin icraçı direktoru Vazeh Əskərov qonaqlara UFAZ-ın tədris və laboratoriya korpusları, universitetdə tədris prosesi barədə ətraflı məlumat verib.
Sonra iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər