“Halliburton” şirkətinin nümayəndələri UFAZ-da

“Halliburton” şirkətinin nümayəndələri UFAZ-da Azərbaycan-Fransız Universitetində (UFAZ) “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qraem Taylor və insan resursları üzrə biznes meneceri Vüsalə Əkbərova ilə əməkdaşlıq, tələbələr üçün təcrübə və karyera imkanları barədə müzakirələr aparılıb.
Müzakirə zamanı UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, Baş katibi Yelizaveta Bydanova, ADNSU-nun beynəlmiləlləşmə üzrə rektor müşaviri Lətifə Nəsibova qonaqlara universitetdə tədris prosesi, tədqiqat və elmi sahədə əməkdaşlıq haqqında məlumat veriblər.
Sonra UFAZ-ın kimya proqramı üzrə koordinatoru Maksim Florent, kimya fənni üzrə laborantı Narınc Tağıyeva “Halliburton” şirkətinin nümayəndələrini kimya mühəndisliyi, analitik kimya və fizika laboratoriyaları ilə tanış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər