Avropa Yenidənqurma və İnkişaf Bankı UNEC-də təqdimat edib

Avropa Yenidənqurma və İnkişaf Bankı UNEC-də təqdimat edib Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) olan nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Business Unusual” mövzusunda hesabatın təqdimatını keçirib.
Nümayəndə heyəti öncə Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri dosent Xətai Alıyev və kafedranın müəllimi Nicat Muradzadə ilə görüşüb. Qonaqlara UNEC brendi, Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) və Empirik Tədqiqatlar Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Tərəflər arasında tədqiqat məsələləri də daxil olmaqla, gələcək mümkün əməkdaşlıqlar barədə fikir mübadiləsi aparılıb.
Təqdimat mərasimində elm üzrə prorektor professor Sakit Yaqubov açılış nitqi ilə çıxış edib.
Sonra AYİB-in baş iqtisadçı ofisinin aparıcı iqtisadçısı Zsoka Koczan dövlət və özəl sektor nümayəndələri, bankın tərəfdaşları, diplomatik korpus nümayəndələri, elm xadimləri və tələbələr qarşısında hesabatla çıxış edib. 2022-2023-cü illər üçün tərtib olunmuş hesabatda müharibə və sülh iqtisadiyyatı, münaqişə və miqrasiya, qlobal təchizat zəncirləri, o cümlədən Azərbaycanın iqtisadi artım perspektivləri barədə məlumat verilib.
Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.
Qeyd edək ki, AYİB Azərbaycanda 188 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyub. Bankın Azərbaycan üzrə strategiyası ölkə iqtisadiyyatının şaxələndirilməsinə və qeyri-neft özəl sektorunun inkişafına kömək etməkdən ibarətdir.

Tehsil-press.az



Oxşar xəbərlər