AzMİU tələbələrinin yaradıcılıq sərgisi açılıb

AzMİU tələbələrinin yaradıcılıq sərgisi açılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 1-ci kurs tələbələrinin sinif və sərbəst işlərindən ibarət yaradıcılıq sərgisi açılıb.
Açılış mərasimində çıxış edən Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova tələbələrin qrup halında ilk sərgilərinin olduğunu, ilk gündən onların öz istedad və bacarıqları ilə seçildiyini söyləyib. Dekan tələbələrə göstərdiyi dəstəyə görə Təsviri incəsənət kafedrasının müəllimləri Yaşar Səmədov və Həsən Həsənova xüsusi təşəkkürünü bildirib. Qeyd edib ki, müəllimlərin motivasiyası gənclər üçün çox önəmlidir.
Digər çıxış edənlər də tələbələrin ilk qrup sərgisini yüksək qiymətləndiriblər.
Daha sonra sərgiyə baxış keçirilib. Tələbələr böyük həvəslə əl işlərini sənətsevərlərə təqdim ediblər. Sərgidə əsasən peyzaj, müasir üslubda işlənmiş əsərlər, portretlər, interyer dizayn işlərindən ibarət 50-yə yaxın rəsm işi nümayiş olunub.
Sərgi iki gün davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər