AzMİU-da tələbələrin yaradıcılıq sərgisi

AzMİU-da tələbələrin yaradıcılıq sərgisi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq fakültəsinin tələbələrinin sərbəst işlərindən ibarət “Daxili dünyam” adlı yaradıcılıq sərgisi təşkil olunub.
Sərgidə professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər. Sərgidə bir neçə il ərzində AzMİU-nun Təsviri incəsənət kafedrasının müəllimləri tərəfindən tələbələrdən toplanmış sərbəst işlər nümayiş olunub.
İştirakçılar sərgi ilə tanış olub, işlərin müəlliflərinə uğurlar arzulayıblar. Qeyd edilib ki, sərgi müəlliflərlə yanaşı, yeni qəbul olan tələbələr üçün də çox faydalı olacaq.

Tehsil-press.az



Oxşar xəbərlər