Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə ölkəmizdə IT sahəsinin praktiki inkişafına böyük önəm verən “IT Brains Academy” arasında əməkdaşlığa dair memorandumun imzalanma mərasimi keçirilib.
Rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov UNEC-də rəqəmsal islahatlar sahəsində görülən işlər, həyata keçirilən yeni layihələr barədə məlumat verib. Bildirib ki, tələbələrin bu sahədə əmək bazarına çıxışını təmin etmək üçün universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir.
Akademiyanın rəhbəri Orxan Məmmədov UNEC ilə əməkdaşlığa maraqlı olduqlarını qeyd edib. O, ötən il təşkil olunan UNEC XIV Karyera Yarmarkasından sonra bir neçə məzununun işə götürüldüyünü, 10 tələbəyə ödənişsiz təctrübə keçirildiyini bildirib. O.Məmmədov imzalanacaq memorandumun müvafiq sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanlar yaradacağına əminliyini bildirib.
Sonra UNEC ilə “IT Brains Academy” arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən, tərəflər tələbələrin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası, xüsusilə də özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcək.
Tehsil-press.az